16 
Apr
2024
00:00
4
196
4708
Virtual karabakh

Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO

16 Apr, 2024
00:00
4708

Müəssisələr maaşları niyə gecikdirir? - AÇIQLAMA + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Maaşın gecikməsi ilə hər kəs qarşılaşa bilir. Lakin iddia olunur ki, bir çox hallarda şirkətlər əməkhaqqı ödənişlərini qəsdən gecikdirirlər. Hesab edilir ki, müəssisələr maaşları başqa istiqamətə yönəltməklə əlavə gəlir əldə edirlər.

Maraqlıdır, belə iddialar nə dərəcədə əsaslıdır?

İqtisadçı Xalid Kərimli müəssisələrin bu yolla gəlir əldə etməsinin mümkün olduğunu bildirib:

“Amma ümumi şəkildə bütün ödənişləri gecikdirən müəssisələrin bu fikirlə fəaliyyət göstərdiyini düşünmək yanlış olardı. Çünki müəssisəni idarə edənlər bilirlər ki, həm əməkhaqqı, həm də təchizatçılara ödənişləri gecikdirmək onlar üçün daha ciddi problemlər yarada bilər”.

Bəs işəgötürənlər işçilərə əməkhaqqı ödənişlərinin gecikdirilməsinə görə qanunla məsuliyyət daşıyırlarmı?

Hüquqşünas Sahib Məmmədov bildirib ki, əməkhaqqının verilməsində işəgötürənin təqsiri səbəbindən gecikmə olarsa, hər gecikdirilmiş gün üçün işçiyə bir faiz əlavə ödəniş edilməlidir.

Hüquqşünas əlavə edib ki, işçiyə əməkhaqqı təyin olunmuş vaxtda verilməlidir. Həmin gün istirahət və bayram günlərinə düşərsə, işçinin maaşı bir gün əvvəl ödənilməlidir.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri