20 
May
2018
16:00
49
1414
19011
Virtual karabakh

Azərbaycan Ordusunun əsgəri şəhid oldu

20 May, 2018
16:00
19011

Azərbaycan Ordusunun əsgəri şəhid oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Oxu.Az-ın məlumatına görə, Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir:

“Törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri