Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Gəncənin raket atəşinə tutulması anı - VİDEO
Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması anının videogörüntüsü yayılıb.
“Report” xəbər verir ki, görüntüdə ermənilərin cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması yer alır.
Videogörüntü Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müşahidə kamerası tərəfindən qeydə alınıb.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 2 radələrində raket atəşi nəticəsində 4 qadın olmaqla, 9 nəfər həlak olub, 34 nəfər yaralanıb.

"Ermənistan" teqi üzrə xəbərlər
- Ermənistanda zəlzələ: Türkiyədə də hiss edilib
- Hikmət Hacıyev: "Ermənistan davamlı sülh üçün ədliyyə prosesi ilə əməkdaşlıq etməlidir"
- Ruben Vardanyan ailəsi ilə telefon danışığı zamanı audiomesaj göndərib
- Ermənistan Avropa İttifaqındakı nümayəndəliyində hərbi attaşe vəzifəsini təsis edir
- Ermənistanda sərnişin qatarı minik avtomobili ilə toqquşub: Ölənlər və yaralananlar var