Fev
2021
12:18
9
313
3304
Virtual karabakh

Cəbrayıl yaxınlığındakı qədim qəbiristanlıqda erməni barbarlığı - FOTO

9 Fev, 2021
12:18
3304

Cəbrayıl yaxınlığındakı qədim qəbiristanlıqda erməni barbarlığı - FOTO

Dağıdılmış tarixi abidələr, məscidlər, qəbiristanlıqlar, xarabalığa çevrilmiş şəhər, kəndlər...

Ermənilərin vandalizm izlərinə Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində hər addımda rast gəlmək olar.

AZƏRTAC xəbər verir ki, ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Cəbrayılda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm aktı həyata keçiriblər. Cəbrayıl şəhərinin yaxınlığındakı Orta əsrlərə aid qəbiristanlıq da ermənilər tərəfindən yerlə-yeksan edilib. Qiymətli qəbir daşları talan edilərək aparılıb, qəbirlər qazılaraq çıxarılıb, insan sümükləri ətrafa səpələnib...

Özlərini “sivil xalq” adlandıran ermənilər qəbiristanlıqları dağıtmaqla tarixi keçmişimizi, mənəvi yaddaşımızı silmək istəyiblər. Lakin insanlığa sığmayan bu əməlləri ilə əsl xislətlərini, barbarlıqlarını bir daha nümayiş etdirmiş olublar.

Cəbrayıl şəhərinin yaxınlığındakı qəbiristanlıqdan fotoları təqdim edirik:

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri