31 
May
2021
10:30
17
364
10112
Virtual karabakh

Qarabağın işğalına “yaşıl işıq”: Anası erməni olan rusiyalı generalla kef məclisi - FOTO

31 May, 2021
10:30
10112

Qarabağın işğalına “yaşıl işıq”: Anası erməni olan rusiyalı generalla kef məclisi - FOTO

1980-cı illərin sonunda ermənilərə bir çox havadarları tərəfindən göstərilən dəstək yekunda Qarabağın işğalı ilə nəticələndi.

Heç kimə sirr deyil ki, hələ SSRİ dövründə özünə yüksəkçinli məmurlar arasında havadarlar tapmış ermənilər, onların köməyindən müstəqillik zamanı da istifadə ediblər.

Bu baxımdan Rusiyanin sabiq müdafiə naziri Pavel Qraçev də Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə və erməni işğalına “yaşıl işıq” yandıranlardan biri kimi “tarixə düşüb”.

Bu faktı təsdiq edən daha bir sübut sosial şəbəkələrdə yayılıb.

Fotoda Rusiyanın o zamankı müdafiə naziri Pavel Qraçev və erməni həmkarı, Qarabağın işğalına rəhbərlik etmiş Vazqen Sarkisyan spirtli içki qəbul edərək hovuzda əylənirlər.

Məhz bu yaxınlıq da Qarabağın işğalını şərtləndirən amillərdən biri kimi yadda qalır. 

Belə ki, Pavel Qraçev Rusiya Federasiyası Müdafiə Məsələləri üzrə Dövlət Komitəsinin sədri olaraq 366-cı motoatıcı alayın şəxsi heyətinin erməniləşdirilməsi təklifini irəli sürüb. Bu isə heç də təsadüf sayıla bilməz, çünki Qraçevin anası da milliyətcə erməni olub. Hətta V.Sarkisyanın öz aralarında onu “Qraçyan” adlandırdığı və rusiyalı generalın da bundan böyük zövq aldığı bildirilir. Qraçev həmçinin Azərbaycan ərazilərinin işğalı, eləcə də Xocalı və Qaradağlı soyqırımılarında əli olanlardan biridir.

Onun vəzifəyə təyin olunduğu 1992-ci ilin mayı isə ermənilər üçün Şuşanın işğalına yol açdı. 

Tarix Qraçev və onun kimi bir sıra cinayətkarların haqq-hesab gününü qiyamətə saxlasa da, fotodakı digər şəxs, Ermənistanın Milli Qəhrəmanı, Müdafiə naziri, keçmiş baş nazir, general Vazqen Sarkisyanı törətdiklərinə görə elə bu dünyada cəzalandırıb. “Ermənistan ordusunun qurucusu” və Qarabağın işğalı planının müəlliflərindən olan Sarkisyan 1999-cu ildə Ermənistan parlamentinə hücum zamanı elə öz “qədirbilən” həmvətənləri tərəfindən güllələnib.

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri