19 
Sen
2023
16:56
723
58
20206
Virtual karabakh

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

19 Sen, 2023
16:56
20206

Nikol Paşinyan Azərbaycanın antiterror tədbirlərinə münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Ermənistanın sərhədlərində sakitlikdir, Ermənistan münaqişədə iştirak etmir. Qeyd etmək istəyirəm ki, Ermənistan Qarabağdakı hərbi münaqişəyə cəlb olunmayıb. Bizi hərbi münaqişəyə sürükləmək cəhdləri qəbuledilməzdir”.

Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan televiziya vasitəsilə canlı yayımda çıxış edərkən deyib.

Qeyd edək ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldığını bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda xüsusi olaraq qeyd olunur ki, Azərbaycan Silahlı Qüvvələri yüksək dəqiqlikli silahlardan istifadə etməklə antiterror tədbirləri çərçivəsində yalnız qanuni hərbi obyektləri və hərbi infrastruktur məntəqələrini hədəfə alıb.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri