22 
Yan
2016
15:25
129
35
3298
Virtual karabakh

Ermənistanda kütləvi qətl törədən Permyakov günahını etiraf etdi

22 Yan, 2016
15:25
3298

Ermənistanda kütləvi qətl törədən Permyakov günahını etiraf etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məhkəmə keçirilir.

Gümrüdə erməni ailəsini qətlə yetirməkdə ittiham edilən rusiyalı hərbçi Valeri Permyakov günahını boynuna alıb, “Novosti Armenii” məlumat yayıb.

Oxu.Az xəbər verir ki, Permyakov hakimin sualına cavab olaraq ittihamın məğzini və hüquqi təsnifatını anladığını və özünü günahkar bildiyini deyib.

Özünü nədə günahkar bildiyini soruşduqda isə müttəhim “hər şeydə” cavabını verib.

Daha öncə Gümrüdə erməni ailəsini qətlə yetirməkdə ittiham edilən rusiyalı hərbçi Valeri Permyakova qarşı yeni ittihamların irəli sürüldüyü barədə məlumat yayılmışdı.

İstintaqın versiyasına görə, ötən il yanvarın 12-də Avetisyanlar ailəsinin 7 üzvü Gümrüdəki 102 saylı Rusiya hərbi bazasında xidmət edən Valeri Permyakov tərəfindən qətlə yetirilib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri