10 
Yan
2017
08:57
163
13
4099
Virtual karabakh

Trampın qızı Ağ Evdə işləməyəcək

10 Yan, 2017
08:57
4099

Trampın qızı Ağ Evdə işləməyəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın qızı İvanka Tramp dövlət başçısının administrasiyasında işləməyəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu haqda “CNBC” telekanalı bildirib.

Telekanalın məlumatına görə, İvanka Tramp öz sərmayələrini toplamaq, aktivlərini yenidən strukturlaşdırmaq və “Trump Organisation”dakı rəhbərlik postunu tərk etmək niyyətindədir. Telekanalın xəbərində bildirilir ki, o, uşaqlarının qayğısına qalacaq.

Qeyd edək ki, İvanka Trampın əri, Cared Kuşnerin inaqurasiyadan sonra Trampın böyük məsləhətçisi olacağı məlum olub. O, milyarderin seçkiqabağı şirkətində iştirak edib. Lakin Kuşner siyasi təcrübəyə malik deyil.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri