18 
May
2017
14:11
49
67
3536
Virtual karabakh

Yüzlərlə aviaşirkətə Avropaya uçmaq qadağan edildi

18 May, 2017
14:11
3536

Yüzlərlə aviaşirkətə Avropaya uçmaq qadağan edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Komissiyası Avropaya uçmaq qadağan edilən aviadaşıyıcıların siyahısını dərc edib. Bu il həmin siyahıda 16 ölkənin 181 aviaşirkətinin adı düşüb.  

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının saytında məlumat yayılıb. 

Qeyd edilir ki, yenilənmiş siyahıdan Benin və Mozambikin daşıyıcılarının adı çıxarılıb. 

Bununla yanaşı, siyahıya Əfqanıstan, Anqola, Konqo Respublikasının və Konqo Demokratik Respublikasının, Cibuti, Eritreya, Qabona, İndoneziya, Qırğızıstan, Liberiya, Liviya, Nepal, San-Tome və Prinsipinin, Syerr-Leon və Sudanın bütün aviadaşıyıcıları daxildir. Daşıyıcıların siyahıya düşmə səbəbi uçuşların təhlükəsizlik nəzarətinin olmamasıdır. 

Yalnız bəzi şirkətlər üçün istisna edilib, həmin şirkətlərə yalnız müəyyən növ təyyarələrdə uçuşa icazə verilib. Məsələn, Aİ-yə “Air Koryo” (KXDR), “İran Air” və “Afrijet” (Qabon) reyslərinə icazə verilib. 

Bundan başqa, uçuşlara dair qadağa “Iran Aseman Airlines”, “Iraqi Airways”, “Med-View Airlines” (Nigeriya) və URQA aviasiya şirkətinə (Ukrayna), “Blue Wing Airlines” (Surinam), “Mustique Airways” (Sent-Vinset və Qrenadina) və “Air Zimbabwe” şirkətlərinə də şamil edilib. 

Təhlükəsizlik məsələləri üzrə komissar Violeta Bultsun sözlərinə görə, siyahı ölkələri və aviaşirkətləri standartlar barədə düşünməyə çağırır. Bults qeyd edib ki, Benin və Mozambikin siyahıdan çıxarılması təhlükəsizlik səviyyəsini yüksəltmək mümkündür.  

N.О.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri