19 
Sen
2017
14:41
8
237
2036
Virtual karabakh

Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib

19 Sen, 2017
14:41
2036

Myanma hökuməti BMT-nin müsəlmanlara humanitar yardım çatdırmasına icazə verməyib

Myanma hökuməti Arakandakı müsəlmanlara humanitar yardım aparılmasına icazə vermir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefane Dujarric gündəlik mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, BMT Myanma hökumətindən Arakan əhalisinə humanitar yardım aparılması ilə bağlı icazə istəyib: “Hökumət BMT-nin istəyini təmin etmədi. Myanmada hadisə baş verən bölgədə 300 min insanın qidaya, 170 min nəfərin tibbi xidmətə, 55 min hamilə qadının isə əlavə qidalanmaya ciddi ehtiyacı var”.

BMT-nin sözçüsü deyib ki, onlar icazə verilmədiyindən hadisə baş verən bölgələrə girə və ora ilə bağlı xəbərləri təsdiqləyə bilmirlər. 

S.Dujarric avqutsun 25-dən indiyədək Myanmadan Banqladeşə 415 min nəfərin sığındığını vurğulayıb.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri