17 
Yan
2018
09:20
22
440
21143
Virtual karabakh

Çempionu qətlə yetirən azərbaycanlının atası faciəvi şəkildə ölüb

17 Yan, 2018
09:20
21143

Çempionu qətlə yetirən azərbaycanlının atası faciəvi şəkildə ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın Xabarovsk vilayətində pauerliftinq üzrə dünya çempionunun qətlində təqsirləndirilən Anar Allahverənovun atası yol qəzasında dünyasını dəyişib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə RİA Novosti-yə Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko məlumat verib.

Yerli KİV yazır ki, Anar Allahverənovun atasını vəkilin ofisinə gedərkən maşın vurub. Zərbə elə güclü olub ki, onun ayağını qoparıb. Ölən şəxsin 59 yaşında olduğu qeyd edilir. Bəzi məlumatlarda bildirilir ki, bu, əvvəlcədən planlaşdırılmış sui-qəsdir. Qəzanı törədən sürücü hadisə yerindən qaçmayıb.

“Müdafiə etdiyim şəxsin atası yol-nəqliyyat hadisəsi nəticəsində ölüb. O, mənim ofisimə yox, yaxınlıqda yerləşən öz iş yerinə gedirmiş. Bu gün dəfn olunacaq. Anar dəfndə iştirak etməyəcək, buna qanun icazə vermir”, - deyə vəkil Lısenko bildirib.

Vəkil Anar Allahverənovun atasının ünvanına ötən il ərzində çoxlu sayda hədələrin gəldiyini bildirib.   

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri