19 
Fev
2018
22:44
189
44
3596
Virtual karabakh

Bəkir Bozdağ Suriyanın parçalanmasını proqnozlaşdırıb

19 Fev, 2018
22:44
3596

Bəkir Bozdağ Suriyanın parçalanmasını proqnozlaşdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəməşqin Türkiyə silahlı qüvvələrinin hazırda “Zeytun budağı” əməliyyatı apardığı Afrin şəhərinə qoşun yeritməsi, Suriyanın parçalanmasına gətirib çıxara bilər.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu bazar ertəsi Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ Ankarada keçirilən mətbuat konfransında deyib.

“Biz bütün istiqamətlər üzrə bu xəbərləri izləyirik. Rejim qüvvələrinin Afrinə daxil olacağına dair xəbərlər əsassızdır. Əgər Suriya kürdləri PYD/YPG terrorçularından qorumaq üçün Afrinə qoşun yeritsə, bu fəlakətə səbəb olacaq. Bu hücum həmçinin Suriyanın parçalanmasına gətirib çıxaracaq”, - deyə Bozdağ bildirib.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri