17 
May
2018
09:27
111
31
1402
Virtual karabakh

Moldovada NATO-nun ofisi bağlanacaq

17 May, 2018
09:27
1402

Moldovada NATO-nun ofisi bağlanacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldovada keçiriləcək parlament seçkilərindən sonra NATO-nun Kişinyovdakı ofisi bağlana bilər. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “İzvestiya” qəzetinə ölkə prezidenti İqor Dodon məlumat verib. 

Onun sözlərinə görə, Kişinyova hər hansı hərbi blokun üzvü olmaq maraqlı deyil və bunu ölkə vətəndaşlarının əksəriyyəti dəstəkləyir. 

Dodon qeyd edib ki, Moldova Şərqlə Qərb arasında körpü rolunu oynamalıdır və öz maraqlarını əsas tutaraq, bütün tərəflərlə dostluq etməlidir. 

2017-ci ilin sentyabrında Moldova ordusunun 57 hərbçisi NATO-nun “НАТО Rapid Trident-2017” təlimində iştirak edib. Ancaq Dodon bundan əvvəl hərbçilərin təlimlərdə iştirakına icazə verməyəcəyini açıqlamışdı. O demişdi ki, konstitusiyaya əsasən, Moldova bitərəf respublikadır. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri