21 
May
2018
14:19
198
74
6238
Virtual karabakh

Yunanıstanda meri vəhşicəsinə döydülər – VİDEO

21 May, 2018
14:19
6238

Yunanıstanda meri vəhşicəsinə döydülər – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yunanıstanın ikinci böyük şəhəri olan Salonikin meri Yannis Butaris bir qrup insanın hücumuna məruz qalıb. 

Oxu.Az BBC telekanalına istinadla xəbər verir ki, 75 yaşlı Butaris başından və ayağından ciddi zədələr alıb.

Bir qrup millətçi ona butulka ilə hücum ediblər. O, xəstəxanaya yerləşdirilib. 

Antinationalist baxışları ilə seçilən Butaris mayın 19-da yunanların Osmanlı türklərini ittiham etdiyi qondarma “Pontiyan soyqırımı”nın ildönümü münasibətilə təşkil edilmiş anım mərasiminə qatılıb. 

Millətçilər Butarisin dərhal meydanı tərk etməsini tələb edərək, ona şüşə butulkalar atıblar. Bundan sonra Butaris yıxılıb. 

“Bu, dəhşət idi”, - Butaris yerli KİV-ə açıqlamasında deyib – “Mənə bir neçə nəfər hücum etdi”. 

Merin köməkçiləri onu meydandan çıxarıb və xəstəxanaya aparıblar. 

Yunanıstan baş naziri Aleksis Tsipras hücumçuları “radikal xuliqanlar” adlandırıb və onların cəzalandırılmasını tələb edib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri