31 
May
2018
20:22
198
80
3331
Virtual karabakh

Tramp Avropaya ticarət müharibəsi elan etdi

31 May, 2018
20:22
3331

Tramp Avropaya ticarət müharibəsi elan etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ iyunun 1-dən Avropa İttifaqı, Kanada və Meksikadan polad və alüminiumun idxalına görə rüsum tətbiq edəcək.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ ticarət naziri Uilbur Ross çıxış edib.

Tarif rejimi ilə bağlı fərman hələ mart ayında verilsə də, Tramp administrasiyası müvəqqəti olaraq üç əsas tərəfdaşı Avropa İttifaqı, Kanada və Meksika üçün istisna etmişdi.

Ticarətlə bağlı danışıqların aparılması üçün bu dövlətlərə mayın 31-ə kimi möhlət verilmişdi.

Buna baxmayaraq, tərəflər bu müddət ərzində rüsumlarla bağlı heç bir razılığa gələ bilməyib.

Rossun sözlərinə görə, polada görə 25 faizlik, alüminiuma görə isə 10 faizlik idxal rüsumu artıq cümə günündən etibarən qüvvəyə minəcək.

Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker Vaşinqtonun bu ölçülərinin cavabsız qalmayacağını bildirib.

“Bu qlobal ticarət üçün çox bədbin bir gündür. Biz dərhal Ümumdünya Ticarət Təşkilatına müraciət edəcəyik və yaxın saatlarda cavab tədbirlərini elan edəcəyik”, - deyə Yunker qeyd edib.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri