İyn
2018
23:17
47
498
3841
Virtual karabakh

Rusiya Suriyanı bombalayıb: 44 ölü

8 İyn, 2018
23:17
3841

Rusiya Suriyanı bombalayıb: 44 ölü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya hərbi hava qüvvələrinin İdlib vilayətinin Zərdan yaşayış məntəqəsinə endirdiyi aviazərbələr nəticəsində 44 nəfər həlak olub.

Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqları Müşahidə qrupu (SOHR) məlumat yayıb.

İyunun 7-də qeydə alınan hava zərbələri nəticəsində ölənlərdən 11-i qadın, altısı uşaqdır.

Yaralı sayının 60 olduğu deyilir.  Rusiyanın müdafiə nazirliyi xəbəri təkzib edərək ölkənin hərbi təyyarələrinin həmin bölgədə heç bir  hava reydində iştirak etmədiyini bildirib.

Qeyd edək ki, sözügedən bölgədə “Cəbhət ən-Nüsrə” terrorçu qruplaşması ilə “Ceyş əl-Əhrar” müxalif qüvvələri arasında şiddətli döyüşlər gedir.

F.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri