14 
İyn
2018
11:10
51
42
1572
Virtual karabakh

Tramp Rusiyanın G7-də iştirakının vacibliyini izah etdi

14 İyn, 2018
11:10
1572

Tramp Rusiyanın G7-də iştirakının vacibliyini izah etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadada keçirilən “Böyük yeddilik” sammitində müzakirələrin əksər hissəsi Rusiyaya həsr olunmuşdu. Buna görə Moskvanın bu formatda iştirakı vacibdir. 

Oxu.Az xəbər verir ki, bu sözləri “Fox News” telekanalına müsahibəsində ABŞ prezidenti Donald Tramp deyib. 

Tramp bildirib ki, əgər Rusiya prezidenti Vladimir Putin sammitdə olsaydı, ondan dünya üçün ən yaxşı olanı etməyi istəyərdi. 

“Biz Rusiya ilə danışaraq, vaxtımızın 25 faizini xərcləmişiq. Mən özlüyümdə düşündüm ki, onların burada olması vacibdir. 

Mən Rusiyaya tərəf deyiləm. ABŞ-ın tərəfindəyəm. Bu da sizə misal olsun. Əgər Vladimir Putin Kanadada bizimlə birə olsaydı, məndən dünya üçün yaxşı olanları etməyimi xahiş edərdi”, - Tramp deyib. 

ABŞ prezidenti Rusiyanın G8-dən çıxarılmasında bütün məsuliyyəti Barak Obamanın üzərinə atıb. 

Tramp G8 formatı ilə bağlı fikirlərini iyunun 8-də səsləndirib. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri