31 
İyl
2018
11:39
9
114
2616
Virtual karabakh

Misirdə ölən adamın gözlərini oğurladılar

31 İyl, 2018
11:39
2616

Misirdə ölən adamın gözlərini oğurladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Misirin paytaxtı Qahirədə qardaşı vəfat edən adam xəstəxananı qardaşının gözlərini oğurlamaqda ittiham edib.

Oxu.Az xəbər verir ki, Abduttavvab adlı misirli Əl-qəsr Əl-ayni Xəstəxanasının morquna gedərək ölmüş qardaşının nəşini amlaq istəyib.

Ancaq o, qardaşının gözlərinin çıxarıldığını görüb.

“Xəstəxana idarəçiliyi qardaşımın ölümünü səhər saatlarında xəbər verdi. Morqa girəndə gördüm ki, qardaşımın gözləri çıxarılıb və onun göz boşluqlarından qan axıb”, - Abduttavvab ifadəsində bildirib.

O bildirib ki, hadisənin necə olması barədə xəstəxana işçilərinin heç bir məlumatı yoxdur və ona verilən ölüm kağızında da bu barədə bir şey yazılmayıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri