Avq
2018
18:35
32
171
2571
Virtual karabakh

Məhkəmə zalında susmayan məhbusun ağzını lentlə bağladılar

3 Avq, 2018
18:35
2571

Məhkəmə zalında susmayan məhbusun ağzını lentlə bağladılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da hakim məhkəmə zalında susmayan məhbusun ağzını lentlə bağlatdırıb.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, hakim Con Russo 30 dəqiqəlik məhkəmə prosesi zamanı söz verilmədən 12 dəfə danışan məhbus Franklin Uilyamsa müdaxilə etmək məcburiyyətində qalıb.

Silahlı soyğun səbəbilə həbs olunan məhbus məhkəməsində dayanmadan danışmağa başlayıb. Hakim isə ondan vəkillərə danışması üçün icazə verməyi istəyib.

Lakin məhbus bildirişlərə məhəl qoymayıb və danışmağa davam edib. Bu zaman hakim işçilərdən onun ağzının yapışqan lentlə bağlanmasını tələb edib.

Məhbusun ağzı 40 sm-lik lentlə bağlansa da, o yenə də danışmağa davam edib.

Uilyamsa soyğun, insan oğurluğu və oğurluğa görə 24 il həbs verilib.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri