Avq
2018
20:21
225
24
5718
Virtual karabakh

Lukaşenko gənc analara vəzifə təyin etdi: ən azı 3 uşaq

3 Avq, 2018
20:21
5718

Lukaşenko gənc analara vəzifə təyin etdi: ən azı 3 uşaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarus prezidenti Aleksandr Lukaşenko gənc analardan dünyaya ən azı 3 və ya 4 uşaq gətirmələrini xahiş edib.

Oxu.Az “Vzqlyad”a istinadla xəbər verir ki, cümə günü dövlət başçısı Mior rayonunun Mərkəzi xəstəxanasına baş çəkərək gənc analarla görüşüb.  

“Dünyaya ən azından 3 və ya 4 uşaq gətirmək lazımdır”, - Lukaşenko deyib.

Qeyd edək ki, Belarusda demoqrafik vəziyyət ildən ilə pisləşir. Məsələn, rəsmi statistikaya görə, 2017-ci ildə əhalinin sayı 12821 nəfər azalıb. 

Xatırladaq ki, iyulda Lukaşenko “Miss Belarus - 2018” müsabiqəsinin qalibi Mariya Vasileviçə kolxozda işləməyi təklif etmişdi.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri