Belarus prezidenti Aleksandr Lukaşenko Moqilev vilayətindəki “Vətən” kolxozuna baş çəkən zaman “Miss Belarus – 2018” yarışın qalibi Mariya Vasilyeviçə burada işləməyi təklif edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Sputnik Belarus” məlumat yayıb.
Qeyd edilib ki, Lukaşenko Belarus gözəlini sədr stolunda əyləşdirib.
Vasileviç model müqaviləsi başa çatdıqdan sonra bu işə başlamağa hazır olduğunu deyib.
“Mən bu işi görməyə hazıram, Düzdür, mənim iki illik müqaviləm var, bundan sonra işə başlayacam”, - qız deyib.
Rəylər