12 
Avq
2018
11:56
18
283
2789
Virtual karabakh

“Taliban”ın Qəzniyə hücumu zamanı 100-dən çox insan öldürülüb

12 Avq, 2018
11:56
2789

“Taliban”ın Qəzniyə hücumu zamanı 100-dən çox insan öldürülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Taliban” terror qruplaşmasının yaraqlıları ilə Əfqanıstanın hökumət qoşunları arasında Qəzni şəhərində meydana gələn toqquşmalar nəticəsində 103 nəfər həlak olub, 133 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, dünyasını dəyişənlərin 90 nəfəri ölkənin güc strukturlarının nümayəndələri, daha 13 nəfər isə dinc sakinlərdir. Toqquşmalar zamanı “Taliban” da itki verib. 

Cümə günü taliblər Əfqanıstanın mərkəzində yerləşən Qəzni şəhərinə hücuma keçiblər. Bildirilir ki, yaraqlılar bir neçə istiqamətdən şəhərə daxil olmağa cəhd göstərirlər.

Şəhərin polis rəisi daha öncə Qəzninin hökumət qüvvələrinin nəzarətində olduğunu açıqlamışdı. Onun sözlərinə əsasən, “Taliban” üzvləri şəhərə daxil ola bilməyiblər, lakin toqquşmalar Qəzni ətrafında davam edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri