21 
Avq
2018
14:36
352
16
2464
Virtual karabakh

Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

21 Avq, 2018
14:36
2464

Sarqsyanın qardaşı oğlu beynəlxalq axtarışa verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan beynəlxalq axtarışa verilib. 

Oxu.Az TASS agentliyinə istinadla xəbər verir ki, bununla bağlı respublikanın polis rəisi Valeri Osipyan mətbuat konfransında məlumat verib. 

“Narek Sarqsyan beynəlxalq axtarışa verilib. Biz onun yaxalanması üçün xaricdəki həmkarlarımızla əməkdaşlıq edirik”, - Osipyan bildirib. 

Narek Sarqsyan iyulun 5-də qanunsuz olaraq silah və narkotik saxlama maddəsi ilə Ermənistanın daxilində axtarışa verilmişdi. Milli Təhlükəsizlik Xidmətinin  əməkdaşları çamadanında narkotik və silah gəzdirən Sarqsyanın dostunu da saxlayıb. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri