25 
Sen
2018
10:08
265
67
4438
Virtual karabakh

Ruhani ABŞ-a 11 sentyabr terror aktını xatırlatdı

25 Sen, 2018
10:08
4438

Ruhani ABŞ-a 11 sentyabr terror aktını xatırlatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran prezidenti Həsən Ruhani ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heylini Əhvaz şəhərində baş verən terror aktı ilə əlaqədar söylədiyi fikirləri tənqid edib. 

Oxu.Az xəbər verir ki, o, fikirlərini “Twitter” hesabında yazıb. 

“Amerikalı məmur Əhvazda baş verən terror aktı ilə bağlı dəhşətli sözlər dedi və məsuliyyəti İran hökumətinin üzərinə atdı. Biz 11 sentyabr haqqında eyni sözləri desəydik, amerikalılar nə düşünərdi?” - Ruhani bildirib. 

Sentyabrın 22-də Əhvaz şəhərində keçirilən hərbi parad zamanı naməlum şəxslərin ətrafdakılara atəş açması nəticəsində 25 nəfər ölüb. İran XİN rəhbəri hadisəyə görə məsuliyyəti regiondakı terrorçulara sponsorluq edənlərin və onların amerikalı müttəfiqlərinin üzərinə atıb. 

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri