22 
Sen
2018
19:20
699
707
29238
Virtual karabakh

İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO

22 Sen, 2018
19:20
29238

İranda hərbi paradda terror aktı - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Əhvaz şəhərində keçirilən hərbi parada hücum edən dörd yaraqlı ABŞ və İsrail kəşfiyyatı ilə əlaqəlidirlər.

Oxu.Az xəbər verir ki, bu barədə İran ordusunun nümayəndəsi Əbülfəzl Şəkərçi bəyan edib.

Onun sözlərinə əsasən, üç terrorçu hadisə yerində məhv edilib, daha biri isə xəstəxanada ölüb.

Şəkərçi terrorçuların İŞİD-lə əlaqəsi barədə məlumatları təkzib edib. O qeyd edib ki, canilər “Fars körfəzinin iki ölkəsi tərəfindən” maaliyyələşiblər.

15.58

İŞİD (İslam Dövləti) terror təşkilatı İranda hərbi paradda baş vermiş terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. 

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters” “Amaq” agentliyinə istinadən məlumat yayıb. 

Bununla belə İŞİD heç bir sübut təqdim etməyib. 

14.27

İranın Əhvaz şəhərində hərbi parad zamanı törədilən terror aktı nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə İranın Press TV telekanalı məlumat yayıb. 

Hücuma görə məsuliyyəti “Əl Əhvaziyə” terror təşkilatı üzərinə götürüb.

11.58

İranın Əhvaz şəhərində hərbi paradda törədilən terror aktı zamanı ölənlərin sayı 10-a çatıb.

Oxu.Az-ın Tasnim agentliyinə istinadən xəbərinə görə, hadisə nəticəsində daha 21 nəfər yaralanıb.

11:07

İranda hərbi paradda törədilən terror aktı zamanı 8 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, atışma zamanı hücum edənlərdən ikisi zərərsizləşdirilib, daha iki yaraqlının isə axtarışları davam edir.

10:37

İranın Əhvaz şəhərində terror aktı törədilib. Hadisə zamanı bir neçə nəfər ölüb. 

Oxu.Az İranın “Press TV” telekanalına istinadla xəbər verir ki, naməlum şəxslər hərbi paradın iştirakçılarına və tamaşaçılarına atəş açıb.

“Əhvaz şəhərində baş verən terror aktı nəticəsində bir neçə nəfər ölüb”, - telekanalının məlumatında deyilir.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri