14 
Dek
2018
22:18
237
26
3772
Virtual karabakh

Britaniya ordusunda əsgər çatışmır

14 Dek, 2018
22:18
3772

Britaniya ordusunda əsgər çatışmır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniya ordusu 2012-ci ildən yetərli sayda əsgər yığa bilmir.

Oxu.Az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri dövlət nəzarəti qurumunun hesabatına istinadən məlumat yayıb.

Bildirilir ki, Britaniya ordusunda çatışmazlıq 21-45 faiz təşkil edir.

Oktyabr ayına olan məlumata əsasən, təlimdən keçmiş əsgərlərin sayı 77 mindir. Halbuki tələb olunan say 82,5 mindir.

Qeyd olunur ki, 2012-ci ildə Britaniya ordusu əsgər çağırışı ilə bağlı işi “Capita” şirkətinə həvalə edib. Şirkət 621 milyon dollarlıq müqavilə imzalasa da, işinin öhdəsindən gələ bilməyib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri