Yan
2019
16:31
55
385
6283
Virtual karabakh

Gürcüstanda donuz qripi: ölənlərin sayı artır

4 Yan, 2019
16:31
6283

Gürcüstanda donuz qripi: ölənlərin sayı artır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstanda H1N1 (“donuz qripi”) virusundan ölənlərin sayı səkkiz nəfərə çatıb.

Oxu.Az xəbər verir ki, bu haqda “Newsru.com” məlumat yayıb.

Səkkiz ölüm halından dördü Acarıstan bölgəsində qeydə alınıb. Gürcüstanın Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət üzrə Milli Mərkəzi informasiyanı təsdiqləyib.

Mərkəzin açıqlamasına əsasən, ölən xəstədə qeyd olunan virusun simptomları aşkarlanıb. Pasiyent vaxtında xəstəxanaya müraciət etmədiyindən qriplə bağlı fəsadlaşmadan dünyasını dəyişib.

Acarıstan xəstəxanalarında hazırda 130 nəfər insan müalicə keçir, onların 18 nəfəri reanimasiya şöbəsindədir. Batumi tibbi yardım mərkəzinə gün ərzində 400-ə yaxın çağırış daxil olur.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri