Yan
2019
21:30
321
38
20850
Virtual karabakh

Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar

7 Yan, 2019
21:30
20850

Paşinyandan Moskvanı qəzəbləndirəcək qərar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ermənistan İrandan təbii qaz idxalı imkanları ilə bağlı müzakirələri davam etdirir.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.

“İran qazının idxalı həmişə gündəmdədir. Biz konkret və faydalı həll variantı tapılanadək bu məsələni müzakirə edəcəyik”, - deyə o vurğulayıb.

Paşinyan onu da əlavə edib ki, Yerevan Rusiya tərəfi ilə qazın qiymətinə dair danışıqları davam etdirir.

Qeyd edək ki, “Qazprom” şirkəti Ermənistana satılan qazın min kubmetrinin qiymətini 150 dollardan 165 dollaradək qaldırıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri