12 
Yan
2019
10:27
29
108
7091
Virtual karabakh

Makedoniyanın adı dəyişdirilir

12 Yan, 2019
10:27
7091

Makedoniyanın adı dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Makedoniya parlamentində keçirilən səsvermədə dövlətin adının dəyişdirilməsi ilə bağlı qərar qəbul olunub.

Oxu.Az xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Təşəbbüsü 120 deputatdan 81-i dəstəkləyib. Bundan sonra ölkə rəsmi olaraq Şimali Makedoniya Respublikası adını daşıyacaq.

Qəbul olunmuş qanun layihəsi eyni zamanda konstitusiyada dəyişikliyin aparılmasını nəzərdə tutur.

Düzəlişdə qonşu ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, həmçinin digər ölkələrin suveren hüquqlarına müdaxilə etmədən ölkə xaricində yaşayan makedoniyalıların hüquqlarının qorunması ilə bağlı müddəalar yer alır.

Ölkənin adının dəyişdirilməsi haqqında qərar 2018-ci ilin iyun ayında yunan və makedoniyalı baş nazirləri (Aleksis Sipras və Zoran Zayev) arasında aparılan uğurlu danışıqlardan sonra qəbul olunub.

Razılaşmanın Makedoniya parlamentində təsdiqindən sonra analoji səsvermə Yunanıstan qanunverici orqanında da keçiriləcək.

Ölkə adı ilə bağlı mübahisə Makedoniyanın 1991-ci ildə Yuqoslaviyada ayrılaraq müstəqillik əldə etməsindən sonra meydana gəlib.

Rəsmi Afina Makedoniyanı dövlət olaraq tanımayıb, belə ki,  Yunanıstanın Makedoniya adında bölgəsi var və qonşu ölkənin bundan sui-istifadə edib həmin bölgə üçün ərazi iddiası qaldıracağından ehtiyatlanıb.

Ölkənin adını dəyişib, Yunanıstanda uzun illərin mübahisəsinə son qoymaqla Makedoniyanın NATO və Avropa İttifaqına üzvlüyü üçün bütün əngəllər aradan götürüləcək.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri