17 
Yan
2019
13:47
46
73
2220
Virtual karabakh

Ukraynalı deputat debata Çarli Çaplinin kostyumunda gəldi - VİDEO

17 Yan, 2019
13:47
2220

Ukraynalı deputat debata Çarli Çaplinin kostyumunda gəldi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko teledebata Çarli Çaplinin kostyumunda gəlib. 

Oxu.Az “Ren” TV-yə istinadən xəbər verir ki, bununla deputat Ukraynanın hazırkı prezidenti Petr Poroşenkoya dəstək nümayiş etdirmək və hazırda yüksək reytingə sahib olan prezidentliyə namizəd, yumor ustası və şoumen Vladimir Zelenskini ələ salmaq istəyib. 

“Bilirsiniz, Çaplin tarixdə öz izlərini buraxıb və o, heç vaxt öz bığlarını diktatorun bığlarına dəyişməzdi. Heç vaxt siyasətə getməzdi, çünki onu başqa cür çağırırdılar”, - Qonçarenko bildirib. 

Bu deputatın ilk maskaradı deyil: o, Skripalla bağlı hadisədən sonra ATƏT-in iclasına rezin əlcəklərlə gəlmişdi və bildirmişdi ki, ruslar onu zəhərləmək istəyir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri