26 
Mar
2019
16:30
355
201
3074
Virtual karabakh

Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

26 Mar, 2019
16:30
3074

Ruhani: Tramp bütün beynəlxalq normaları pozub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması beynəlxalq hüquqa ziddir.

RİA Novosti” nin məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

“Heç kimin təsəvvürünə belə gəlməzdi ki, Amerikada hakimiyyətə ekspropriatora (ekspropriasiya edən – yəni, mülkü icbari şəkildə özgəninkiləşdirən tərəf - red.) birtərəfli şəkildə başqa bir ölkənin ərazisini ötürən cənab gələcək”, - deyə iranlı prezident söyləyib.

Xatırladaq ki, 1944-cü ildən bəri Suriyaya məxsus olan Qolan yüksəklikləri 1967-ci ildə altıgünlük müharibənin gedişində İsrail tərəfindən zəbt olunub. 1981-ci ildə İsrail parlamenti “Qolan yüksəklikləri haqqında qanun” qəbul edərək, adıçəkilən bölgə üzərində birtərəfli olaraq suverenliyini elan edib.

BMT Təhlükəsizlik Şurası 17 dekabr 1981 tarixli 497 saylı qətnamə ilə Qolan yüksəkliklərinin İsrail tərəfindən ilhaq edilməsini qanunsuz sayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri