26 
Mar
2019
16:05
271
106
4581
Virtual karabakh

Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərara münasibət bildirib

26 Mar, 2019
16:05
4581

Kreml ABŞ-ın İsrailin xeyrinə çıxardığı qərara münasibət bildirib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kreml ABŞ prezidenti Donald Trampın Qolan yüksəkliklərinin İsrail ərazisi kimi tanıması ilə bağlı qərarına təəssüflənir.

TASS-ın məlumatına görə, bu bəyanatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O, məsələnin Rusiya və Livan liderləri arasında keçiriləcək görüşdə müzakirə olunacağını təsdiqləyib.

Peskovun sözlərinə görə, Trampın sözügedən bəyannaməni imzalaması Yaxın Şərq regionu üçün mənfi nəticələrə səbəb olacaq.

“Belə bir qərar həm yaxın şərqdə nizamlanma, həm də Suriya münaqişəsinin siyasi həlli yolu ilə bağlı ümumi ab-hava baxımından birmənalı olaraq mənfi nəticələrə gətirib çıxaracaq. Buna heç kim şübhə etmir”, - deyə Peskov bildirib.

Peskov Vaşinqtonun bu addımını beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirib.

Xatırladaq ki, martın 25-də D.Tramp İsrailin Holan yüksəkliklərində suverenliyin tanınması haqqında fərman imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri