26 
Mar
2019
18:59
345
25
3436
Virtual karabakh

Çavuşoğlu Qolan təpələri problemiylə bağlı Ərəb ölkələrini ittiham etdi

26 Mar, 2019
18:59
3436

Çavuşoğlu Qolan təpələri problemiylə bağlı Ərəb ölkələrini ittiham etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin xarici işlər naziri rəhbəri Mövlut Çavuşoğlu ABŞ-ın Qolan yüksəkliklərini İsrail ərazisi kimi tanıması məsələsində ərəb dünyasında birliyin olmamasından söz açıb.

Bu haqda “Anadolu” agentliyi məlumat yayıb.

Onun sözlərinə görə,  Ağ Ev rəhbəri Trampın sözügedən qərarına ilk olaraq ərəb ölkələri yox, Türkiyə etiraz edib.

“Hətta,  Avropa İttifaqı belə Ağ Evin bu qərarını pislədi, ancaq həmin vaxt bir sıra ərəb ölkələri İsrail və ABŞ xofu qarşısında susmağa və Trampı tənqid etməməyə üstünlük verdilər”,- deyə Çavuşoğlu bildirib.

Çavuşoğlunun sözlərinə görə, Trampın bu addımı, ABŞ-ın beynəlxalq hüquqla hesablaşmadığını bir daha sübuta yetirir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri