Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Notr-Dam kilsəsindəki yanğın söndürülüb - YENİLƏNİB + VİDEO
Parisin Notr-Dam kilsəsindəki yanğın tam söndürülüb.
Bu barədə “Figaro” yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Bundan əvvəl yanğının lokallaşdırıldığı barədə xəbər yayılmışdı.
Bu arada, Fransa mədəni irsinin qorunması dövlət fondu Notr-Dam kilsəsinin bərpası üçün “Notr-Damı xilas edək” şüarlı ianə toplama aksiyasına start verib. Aksiya onlayn şəkildə təşkilatın saytında aktivləşdirilib.
Saytın ziyarətçilərinə 50-500 avro civarında və ya istifadəçinin seçiminə uyğun məbləğdə ianə vermək təklif olunur.
Alternativ olaraq bank kartından aylıq tutulmalar təklif edilir (aya 10 avrodan 100 avroya qədər).
15 aprel, 23:14
Parisin ən məşhur məkanlarından olan 850 yaşlı Notr-Dam kafedralının yanması barədə məlumat vermişdik.
Notr-Dam kilsəsinin saatı və ən uca qülləsi artıq yanaraq məhv olub.
Xarici mətbuat orqanlarının verdiyi xəbərə görə, kilsəni bütövlükdə alov bürüyüb və dam örtüyü tamamilə külə dönüb.

"Fransa" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"
- Makron Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəsə qarşı çıxdı
- Fransanın artan müdafiə xərcləri ilə bağlı problemləri yaranıb
- Starmer və Makron Zelenskini Trampla görüşdə müşayiət edə bilərlər
- Avropa Komissiyası avtomobil istehsalçılarına iki il möhlət verdi