Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Notr-Dam alovlar içində: daxildən çəkilmiş şəkillər yayıldı - FOTO
“Reuters” ötən gecə Parisdə yanmış Notr-Dam kilsəsinin daxildən çəkilmiş fotoşəkillərini yayıb.
Kadrlarda yanmış tarixi binanın içində yanğınsöndürənləri, həmçinin, kilsənin səcdəgahını və salamat qalmış əsas xaçını görmək olur.
Qeyd edək ki, yanğın kilsənin üçdə iki hissəsini külə döndərib, binanın qədimi saatları belə məhv olub. Yanğının binada aparılan restavrasiya işləri zamanı meydana gəldiyi güman edilir. Habelə restavrasiyanın baş memarı Filip Vilnyov bina alovlanan zaman içəridə işçilərin olmadığını əmin edir.
Fransa prezidenti Emmanuel Makron Fransa xalqına yanmış tarixi binanın bərpa ediləcəyini vəd edib.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Rusiya XİN: "Makron Putinə zəng etmək əvəzinə, ictimai ritorika taktikasına üstünlük verib"
- Makron Rusiya-Ukrayna müharibəsində mümkün atəşkəsə qarşı çıxdı
- Starmer və Makron Zelenskini Trampla görüşdə müşayiət edə bilərlər
- Makronun növbəti məğlubiyyəti: Zelenski Britaniyanı seçir
- Fransa və Britaniyadan Ukraynada bir aylıq atəşkəs təklifi: Makron detalları açıqladı