23 
Apr
2019
09:32
9
219
2560
Virtual karabakh

Filippində güclü zəlzələ: ölənlər var - VİDEO

23 Apr, 2019
09:32
2560

Filippində güclü zəlzələ: ölənlər var - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Filippinin Luzon adasında baş verən zəlzələ azı 11 nəfərin həyatına son qoyub.

BBC-nin Filippinin Vulkanalogiya və Seysmologiya İnstitutuna istinadən verdiyi məlumata görə, 6,1 bal gücündə zəlzələ yerli vaxtla 17:11 radələrində baş verib.

Yeraltı təkanlar nəticəsində adanın aerportuna ciddi ziyan dəyib, azı iki bina dağılıb.

Hökumət rəsmiləri Pampanqa əyalətində onlarla insanın uçmuş binaların dağıntıları altında qaldığını bildirir.

Qubernator Lilia Pineda mətbuata verdiyi açıqlamada dağıntılar altından 20 nəfərin sağ çıxarıldığını və onların müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara çatdırıldığı bildirib.

Ölənlərlə yanaşı, azı 20 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı barədə məlumatlar var. 

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri