Moskvada baş verən təyyarə qəzası nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Ölənlərdən biri ekipaj üzvüdür. Qəzadan yalnız 33 sərnişin və dörd ekipaj üzvü sağ çıxıb.
Lenta.ru-nun məlumatına görə, bu barədə Rusiyanın İstintaq Komitəsi məlumat yayıb.
Baş verən qəzanın araşdırılması xüsusi dövlət komissiyasına həvalə olunub. Təyyarə uçuş təhlükəsizliyi qaydalarının iki nəfər və ya iki nəfərdən çox insanın ölümü ilə nəticələnən pozuntusu maddəsi ilə cinayət işi açılıb.
00:55
Moskvanın “Şeremetevo” aeroportunda təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 78 nəfərdən yalnız 37-si sağ qalıb.
Rusiya Daxili İşlər Nazirliyinin İstintaq Komitəsindən bildirilib ki, təyyarədə olan 29 nəfərin taleyi barədə hələlik məlumat yoxdur. Təyyarə tamamilə yanıb. Verilən məlumata əsasən sərnişinlər 53 saniyə ərzində təxliyyə ediliblər.
Qeyd edək ki, mayın 5-də Rusiyanın Murmansk vilayətindən gələn “Aeroflot” aviaşirkətinə məxsus Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsi paytaxt Moskvanın “Şeremetevo” hava limanına qəza enişini edən zaman yanmağa başlayıb.
5 may - 21:51
TASS agentliyinin məlumatına görə yanğına görə Moskvanın “Şeremetovo” hava limanına təcili eniş edən Sukhoi Superjet 100 (SSJ-100) sərnişin təyyarəsindən 13 nəfərin meyiti çıxarılıb.
Ekipaj üzvləri qəzaya ildırım vurmasının səbəb olduğunu təsdiq ediblər. İldırım vurduqdan sonra təyyarənin bütün avtomatik qurğuları sıradan çıxıb. Hava limanına eniş etmək istəyən təyyarə iki dəfə uçuş zolağına çırpılıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
Faktla bağlı istintaq başlayıb.
Посмотреть эту публикацию в Instagram20:51
“Şeremetovo” hava limanında yanan Sukhoi Superjet 100 (SSJ-100) markalı təyyarənin 10 sərnişini təxliyyə zamanı həlak olub. Bu baradə “Moskva şəhər xəbərləri” agentliyi məlumat yayıb.
TASS isə bir nəfərin ölməsi barədə məlumat verir.
Qəzaya uğrayan təyyarədə ölənlərin sayı artır - YENİLƏNİB + VİDEOQəzaya uğrayan təyyarədə ölənlərin sayı artır - YENİLƏNİB + VİDEO
Ən çox oxunanlarDigər xəbərlər
Rəylər