21 
May
2019
02:00
55
317
7609
Virtual karabakh

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

21 May, 2019
02:00
7609

Tacikistanda həbsxanada qiyam zamanı 3 din xadiminin başı kəsilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verdiyimiz kimi, Tacikistanın ciddi rejimli cəzaçəkmə müəssisələrindən birində baş verən qiyam nəticəsində 29 məhbus həyatını itirib. Belə ki, İŞİD terror qruplaşmasına üzvlüklə əlaqədar həbs olunmuş 30-a yaxın məhbus üç həbsxana nəzarətçisini girov götürüb, sonradan onları qətlə yetiriblər.

Qiyamçı məhbuslar bıçaqlarla silahlanıb və rəhbərlikdən sərbəst buraxılmalarını tələb edib. Ancaq sonradan məhbuslar arasında qarşıdurma düşüb. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi qəti ölçülərə gedərək, atəş açılmasına əmr verib.

Əldə etdiyimiz yeni məlumatlara görə, hadisə Vəhdət şəhərində baş verib.

Qiyamçıların məhbusları qorxu içində saxlamaq üçün 5 nəfərin, o cümlədən 3 din xadiminin boynunu vurduğu bildirilir. Onların adları Səid Kiemiddin Qazi, Sattor Kərimov və Seyidmehdixon Sattorovdur.

 №3/2 ciddi rejimli cəzaçəkmə müəssisəsində qiyamın təşkilatçıları İŞİD üzvləri Bəhruz Gülmurod, Fəxrəddin Qulov, Mahmuddulla Şaripov və Ruhulla Həsənovdur. Bəhruz Gülmurod  İŞİD tərəfinə keçmiş keçmiş OMON polkovniki Gülmurod Halimovun oğludur. 

Qiyamın yatırılması əməliyyatı zamanı Bəhruz Gülmurot və Fəxrəddin Qulov öldürülüblər. Axbor agentliyi bildirib ki, qeyri-rəsmi məlumatlara görə, qiyam zamanı 50 nəfər öldürülüb, 30 nəfər yaralanıb. Rəsmi məlumata görə isə, ölənlərin sayı 29, yaralıların sayı 35 nəfərdir.

Hazırda həbsxanada vəziyyətin nəzarət altında olduğu bildirilir.

Qeyd edək ki, bu son 7 ay ərzində Tacikistan həbsxanalarında ikinci qiyam hadisəsidir.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri