İyn
2019
07:22
9
115
2602
Virtual karabakh

“Boeing” qəzası: Şirkət problemin həllini üç illik təxirə salıb

8 İyn, 2019
07:22
2602

“Boeing” qəzası: Şirkət problemin həllini üç illik təxirə salıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Boeing” şirkəti 737 МАХ modelində təhlükəli həmlə bucağı haqqında pilotları xəbərdarlıq sistemindəki problemlər barədə 2017-ci ildə bilib, lakin onun aradan qaldırılması ilə 2020-ci ildə məşğul olmağa qərar verib.

Bu barədə Oxu.Az "TASS"-a istinadən xəbər verir.

737 MAX-ın modernləşdirilməsi ilə bağlı şirkətin planları ilə iki ABŞ qanunvericisi tanış olub. Onların məlumatlarına görə, şirkət yalnız 2020-ci ildə səhvi aradan qaldırmağı planlaşdırırdı. Bu səhvə əsasən də, həmlə bucağı datçikləri sıradan çıxdıqda (red. – bu isə manevrlərin korreksiyası sisteminin (MCAS) sönməsinə gətirib çıxarır) pilotların kabinasında həyəcan siqnalı eşidilmirdi.

Ekspertlər düşünürlər ki, məhz bu da Efiopoyada “Boeing 737 MAX” təyyarəsinin qəzaya uğramasına gətirib çıxarıb. Qəzanın qurbanı 157 nəfər olmuşdu.

Xatırladaq ki, elə bu cür “Boeing 737 MAX 8” 2018-ci ilin oktyabrında İndoneziya sahillərində qəzaya uğramışdı, göyərtə olan 189 nəfərin hamısı həlak olmuşdu. Bu hadisələrdən sonra, demək olar, bütün ölkələr bu təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuşdular.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri