17 
İyn
2019
18:00
17
246
2114
Virtual karabakh

Nigeriyada terror: 30 ölü, 40 yaralı

17 İyn, 2019
18:00
2114

Nigeriyada terror: 30 ölü, 40 yaralı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriyanın şimal-şərqində partlayış nəticəsində azı 30 nəfər həlak olub.

BBC xəbər verir ki, bu barədə Nigeriyanın Fövqəladə Halların İdarə olunması Agentliyi məlumat yayıb.

Məlumata görə, hücum Borno ştatının Konduqa şəhərində futbol matçlarının böyük ekranlarda nümayiş olduğu əyləncə zalının həyətində bir neçə terrorçu-kamikadze tərəfindən törədilib. Ölənlərdən savayı 40 nəfərin yaralandığı bildirilir.

Hücuma görə əsas şübhələr Qərb təhsil modelinə qarşı çıxan “Boko Haram” qruplaşmasına yönəlib. Bununla belə, radikal hərəkat hələ ki məsuliyyəti öz üzərinə götürməyib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri