21 
İyl
2019
03:19
116
56
4315
Virtual karabakh

Məktəbli anqardan iki təyyarə qaçırtdı – VİDEO

21 İyl, 2019
03:19
4315

Məktəbli anqardan iki təyyarə qaçırtdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çində 13 yaşlı məktəbli iki kiçik ölçülü təyyarəni oğurlayıb. Bu barədə “Daily Mail” tabloidi yazır.

Nəşr bildirir ki, oğlan gecə ekskursiya bürosuna mənsub anqara girərək kiçik ölçülü təyyarəyə oturub və uçmağa cəhd edib. Lakin idarəetməni itirərək hasara çırpılıb. Qəzadan sonra isə məktəbli digər təyyarəyə oturub. Uşaq parkinq meydançasında bir neçə dəfə dövrə vurduqdan sonra təyyarədən düşüb və anqarı tərk edib.

Büronun əməkdaşları hadisədən səhər işə gəlib, gecə insidentinin nəticələrini gördükdə xəbərdar olublar. Polis artıq məktəblini saxlayıb.

Büronun mühəndislərindən biri xatırlayıb ki, hadisədən bir gün öncə oğlan mühərrikin təmiri prosesini izləyib. Yeniyetməyə təyyarənin idarə edilməsini öyrənmək üçün cəmi bir neçə saat lazım olub.

Təyyarənin sahibləri məktəblinin atasından səkkiz min yuan ($ 1,1 min) tələb ediblər, lakin ailə cəmi iki min yuan ($ 286) ödəyə bilib.

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri