30 
İyl
2019
14:18
125
24
2071
Virtual karabakh

“Huawei” gəlirlərini 23 faiz artırdı - ABŞ sanksiyaları təsir etmir?

30 İyl, 2019
14:18
2071

“Huawei” gəlirlərini 23 faiz artırdı - ABŞ sanksiyaları təsir etmir?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çinin iri telekommunikasiya şirkəti olan “Huawei” ABŞ-ın tətbiq etdiyi sanksiyalara baxmayaraq gəlirini ötən ilə müqayisədə 23% artırıb.

Haberler” xəbər verir ki, şirkətin yaydığı məlumata əsasən, 2019-cu ilin birinci yarısında “Huawei”in gəliri 401.3 milyard yuan (təxminən 58 milyard 300 milyon dollar) təşkil edib.

Məlumat üçün bildirək ki, dünyanın ən böyük smartfon bazarı Çinə məxsusdur. “Huawei”in isə bu bazardakı payı 38 faizdir.

Şirkət, ötən il “Apple”ı geridə qoyaraq “Samsung”dan sonra dünyada ikinci böyük smartfon istehsalçısı adını qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri