15 
Avq
2019
06:46
21
210
3115
Virtual karabakh

Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra qızılcadan öldü

15 Avq, 2019
06:46
3115

Stüardessa Nyu-York-Tel-Əviv reysindən sonra qızılcadan öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsrailin EI AI aviaşirkətinin stüardessası qızılca xəstəliyindən ölüb.

“RenTV” xəbər verir ki, 43 yaşlı çoxuşaqlı ana Rotem Amitay Nyu-Yorkdan Tel-Əvivə martın 26-da uçub.

Uçuşdan bir neçə gün sonra stüardessanın birdən-birə qızdırması qalxıb və o, koma vəziyyətinə düşüb.

Həkimlər qadına ölümə gətirib çıxaran ensefalit və beyin ödəmi diaqnozu qoyublar.

İsrailin Səhiyyə Nazirliyi stüardessanın xəstəliyə harada yoluxduğunu hələ ki müəyyənləşdirməyib, lakin qadının uşaq vaxtı qızılca əleyhinə peyvənd olunduğunu qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri