20 
Noy
2019
10:08
7
157
5489
Virtual karabakh

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

20 Noy, 2019
10:08
5489

Dəfn zamanı dirilən qadın xəstəxanada öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanın Odişa ştatında ölmüş hesab edilən qadın gözünü cənazə tonqalında açıb. 

Bu barədə “Odisha TV” xəbər verib.

Agentliyin məlumatına görə, bir neçə gün yemək yeməyən qadın huşunu itiribmiş. Qohumları və kəndin digər sakinləri onu ölmüş hesab edərək, kremasiya üçün qəbiristanlığa aparıblar.

Cənazə yandırılmağa hazırlaşarkən qadın özünə gəlməyə başlayıb. Qohumlardan biri bunu görüb və digərlərinə xəbərdarlıq edib.

Dəfn mərasimi yarımçıq qalıb və təcili yardım maşını çağırılıb. Qadın xəstəxanaya yerləşdirilib, lakin müalicə zamanı ölüb.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri