Dek
2019
08:08
33
175
1573
Virtual karabakh

İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir

2 Dek, 2019
08:08
1573

İsrail İordan çayının Qərb sahilində mövqelərini gücləndirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İordan çayının Qərb sahilində yerləşən Hevron şəhərində yeni yəhudi yaşayış məntəqəsinin inşası başlanır.

“The Times of Israel” xəbər verir ki, bu barədə müvafiq tapşırıq İsrailin Müdafiə naziri Naftali Bennet tərəfindən verilib.

Nazir müvafiq bildirişin şəhərin ərəb bələdiyyəsinə göndərilməsi ilə bağlı da göstəriş verib.

Yeni yaşayış massivi 1990-cı illərin ortalarında bağlanan bazarın yerində tikiləcək. 

Qeyd olunub ki, evlərin birinci mərtəbələrində olan dükanlar ərəb əhalisinin ixtiyarında qalacaq, onların üstündəki mərtəbələrdə isə yəhudilər yaşayacaq.

Daha əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İordan çayının Qərb sahilində yerləşən yəhudi yaşayış məntəqələrinin inkişafına 40 milyon şekel (19 milyon manat) ayrıldığını bildirib.  

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri