Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Rusiyaya məxsus təyyarədə bomba həyəcanı: Təcili eniş etdi
Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonoim təhdid səbəbindən uçuşunu yarımçıq qoyub.
Bu barədə “İnterfaks” məlumatlı mənbəyə istinadla bildirib.
“Naməlum şəxs laynerin göyərtəsinə partlayıcı qurğu quraşdırıldığını bildirib. Uçuşu dayandırıb, Xabarovsk hava limanına qayıtmaq qərarı alınıb”, - deyə mənbə bildirib.
Daha sonra Xabarovsk Hava limanının mətbuat xidməti “Aeroflot” şirkətinin “Airbus A330” təyyarəsinin qayıtdığını bildirib.
Hava limanının nümayəndəsinin sözlərinə görə, təyyarənin minalanması barədə mesaj Rusiya Mühafizə İdarəsinə verilib.
Yenilənmiş məlumatlara görə, təyyarədə 262 sərnişin olub.
Rəylər