Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanəsilli hərbçinin nəşi 2 ay sonra tapıldı
Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş, Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-Amur şəhərində dəfn edilib.
Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.
Hərbçinin nəşi 2 ay sonra tapılaraq ailəsinə təhvil verilib.
"Ölüm hadisəsi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər