28 
Yan
2020
22:53
43
295
5743
Virtual karabakh

Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə “əsrin müqaviləsi”ni təqdim edib

28 Yan, 2020
22:53
5743

Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə “əsrin müqaviləsi”ni təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ prezidenti Donald Tramp İsrail-Fələstin münaqişəsinin nizama salınması üzrə planı təqdim edib. 

“RİA Novosti” xəbər verir ki, ABŞ-ın təklif etdiyi “əsrin müqaviləsi” İsrail və Fələstin münaqişəsinin nizamlanması üzrə plandır. 

Tramp bildirib ki, İsrailin baş naziri Binyamin Netanyahu ABŞ tərəfindən təklif edilən “əsrin müqaviləsi”nin şərtləri ilə razılaşıb: 

“İsrail bu gün sülhə doğru nəhəng addım atır. Ötən gün baş nazir Netanyahu mənə bildirib ki, o, ABŞ-ın planını danışıqların əsası kimi dəstəkləməyə hazırdır. Fələstinlilər də ən yaxşı həyata layiqdirlər. Amma terror fəallığının tələsinə düşüblər”. 

ABŞ prezidenti əlavə edib ki, Yaxın Şərq üzrə plan 80 səhifədən ibarətdir. Bu, həmin məsələdə ən dolğun sənəddir. 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri