Fev
2020
14:57
276
94
6921
Virtual karabakh

Kanada İrandan 1,5 milyard dollar təzminat tələb edir

8 Fev, 2020
14:57
6921

Kanada İrandan 1,5 milyard dollar təzminat tələb edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kanadada hüquqşünaslar Tehranda vurulan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə ilə bağlı İran hökumətindən 1.5 milyard Kanada dolları (1.95 milyard AZN) ödəməyi tələb edib.

Bu barədə “Reuters” xəbər yayıb.

Əsas iddiaçının adı açıqlanmayıb. Hüquqşünasların sözlərinə görə, onun ailəsi İrandadır və hökumət tərəfindən təqib oluna bilər. Məhkəmədə cavabdeh tərəflər İran hökuməti, İranın Ali dini lideri Ayətullah Əli Xameneyi, habelə İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandirləridir.

Xatırladaq ki, yanvarın 8-də MAU aviaşirkətinə məxsus “Boeing 737-800” təyyarəsi Tehran yaxınlığında vurulub. Hadisə vaxtı 176 nəfər həlak olub. Onlardan 63-ü Kanada vətəndaşı olub. İran tərəfi təyyarəni səhvən vurduğunu etiraf edib.

Rəsmi Tehran təyyarənin “qara qutuları”nı özündə saxlamağa qərar verib. Bu qərar Kanadanın Baş naziri Castin Tryudo tərəfindən kəskin tənqid edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri