14 
Fev
2020
13:08
115
33
4083
Virtual karabakh

Türkiyəli nazirdən təxliyyə edilən azərbaycanlılarla bağlı AÇIQLAMA

14 Fev, 2020
13:08
4083

Türkiyəli nazirdən təxliyyə edilən azərbaycanlılarla bağlı AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çindən təxliyyə edilən vətəndaşların karantin müddəti başa çatıb, xəstəlik əlamətləri aşkarlanmayıb.

“Haber Global” xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fahrettin Koca deyib.

“Koronavirus olmadığını rahatlıqla söyləyə bilərik. 14 günlük karantin müddətini başa vurdular. Hər kəslə ayrı-ayrı maraqlandılar. Bundan sonra normal həyatlarına davam edəcəklər. Hər hansı bir müşahidəyə ehtiyac yoxdur”, - deyə nazir bildirib.

Xatırladaq ki, Çinin Uhan şəhərindəki Türkiyə vətəndaşları Silahlı Qüvvələrə məxsus ambulans təyyarə ilə fevralın birində Ankaraya gətirilib. Təyyarədə olanlar 14 gün ərzində birnəfərlik otaqlarda müşahidə altında saxlanılıb.

Sözügedən təyyarə ilə ümumilikdə 32 Türkiyə, altı Azərbaycan, üç Gürcüstan və bir Albaniya vətəndaşı təxliyyə edilib.

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri